Bu gün keçirilən V Bakı Beynəlxalq Humanitar Forumunun rəsmi açılış mərasimində Rusiya prezidenti Vladimir Putinin Forum iştirakçılarına müraciəti oxunub.

Unikal.org-un xəbərinə görə, Rusiya prezidenti müraciətində bildirib ki, qısa vaxtda Forum böyük nüfuz qazanıb. Qeyd olunub ki, bu gün Azərbaycan növbəti dəfə Forum iştirakçılarını qəbul edir: "İnanıram ki, dünyada qarşılıqlı anlaşmanın genişlənməsi sahəsində müzakirələr faydalı olacaq. Forum böyük uğurlar arzulayıram.