Azərbaycan Müdafiə Sənayesi Nazirliyi (MSN) "ADEX 2016 beynəlxalq müdafiə sərgisində yeni nəsil pilotsuz uçuş aparatlarını nümayiş etdirir.

Unikl.org bildirir ki, MSN-in sərgidəki stendindən APA-ya verilən məlumata görə, bunlar "Orbiter 3 və "Orbiter 4 pilotsuz uçuş aparatlarıdır.

Bildirilib ki, bundan əvvəl istehsal olunan "Orbiter 2 5 saat və "Aerostar 12 saat müddətində havada qala bilirdisə, "Orbiter 3 6 saat, "Orbiter 4 isə 24 saat havada qalmaq imkanına malikdir.

"Orbiter 4 pilotsuz uçuş aparatının bir qanadından digər qanadına qədər olan uzunluğu 5,4 m, çəkisi 50 kq, yük götürmə qabiliyyəti 12 kq, maksimal sürəti 70 kts-dir.

"Orbiter 4 150 km məsafəyə kimi gedib qayıda bilir.

"Orbiter 3 və "Orbiter 4 pilotsuz uçuş aparatları radara düşmür.