Kəlbəcərdə erməni işğalçıları tərəfindən girov götürülən Dilqəm Əsgərov ailəsinə məktub göndərib.
Unikal.org-un məlumatına görə, bu barədə AzVision.az-a Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov bildirib.
Onun sözlərinə görə, D.Əsgərov nədəsə məktubu Azərbaycan dilində deyil, rus dilində yazıb: "Atam bu dəfə məktubu rus dilində yazıb. Yəqin, o bununla nəyəsə işarə edir. Əminəm ki, burada bir sirr var. Məktubda vəziyyətinin normal olduğunu qeyd edib. Atam bu vaxta qədər heç vaxt rus dilində məktub yazmayıb. Bəlkə də onun məktubu sonradan dəyişdirilib.
K. Əsgərov vurğulayıb ki, atasının azadlığa buraxılması ilə əlaqədar Avropa Məhkəməsinə müraciət edilsə də, buna baxılmayıb.
"Atamın geri qayratılması ilə bağlı Avropa Məhkəməsinə müraciət etmişik, yazılı məktublar göndərmişik. Amma onlar tərəfindən heç bir addım atılımayıb. Biz nə edəcəyimizi bilmirik- deyə K. Əsgərov qeyd edib.
Xatırladaq ki, 2014-ci ilin iyulun 11-də 3 azərbaycanlı Kəlbəcərdə girov düşüb. Şahbaz Quliyev və Dilqəm Əsgərovu girov götürən ermənilər Həsən Həsənovu qətlə yetiriblər. Qondarma "məhkəmənin hökmü ilə D.Əsgərov ömürlük, Ş.Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.