17-30 oktyabr tarixlərində "Siyəzən rayon məktəbliləri arasında İntellektual Çoxnövçülük adlı layihənin keçirilməsi planlaşdırılır.
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, "Azərbaycan İntellektual Oyunlar Klubu və Siyəzən Rayon Gənclər və İdman İdarəsinin tərəfdaşlığı ilə keçiriləcək turnirdə Siyəzən rayon məktəblilərindən təşkil olunmuş 15 komandanın iştirakı nəzərdə tutulur.
Layihənin rəhbəri Ayaz İlyasovun sözlərinə görə, layihənin keçirilməsinin məqsədi məktəblilərin bilik səviyyəsinin, zehni inkişafının təmin edilməsi, elmi biliklərin təşviqi və Siyəzən məktəbliləri arasında intellektual hərəkatda fəaliyyət göstərə biləcək təşəbbüskar məktəblilərin aranmasıdır.
100-dək məktəblinin iştirak edəcəyi layihə 3 mərhələdə reallaşacaq. Oktyabrın 16-da intellektual oyunların təbliği məqsədli təlim, 23 oktyabr tarixində "Nə? Harada? Nə zaman? formatlı turnir keçiriləcək. Layihəyə yekun isə oktyabrın 30-da vurulacaq. Həmin gün "Breyn Rinq və "Erudit kvartet yarışları baş tutacaq. Hər üç intellektual oyunda daha uğurlu göstərmiş komanda qalib elan olunacaq.