Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Murad Cənnətovun 27.09.2016-cı il tarixində Azərbaycan Dövlət İqtisad Universitetinin Heydər Əliyev Mərkəzində "İctimai davranış qaydaları haqqında maarifləndirmə layihəsinin bağlanış mərasimi olub.
Tədbirdə layihə ilə əlaqədar hazırlanmış videoçarx nümayiş etdirilib və layihə üzrə ekspert, psixoloq Fərəh xanım Quliyeva, ADİU TGT sədri Yusif Məmmədzadə, iştirakçı gənclər videorolik ətrafında, həmçinin layihə ilə bağlı fikir bildiriblər.
Yekunda layihənin nəticəsi və davamlılığı haqqında Murad Cənnətov çıxış edib və layihənin bağlanış mərasimi sona çatıb.