Azərbaycan Respublikasının Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin rəhbəri Rufiz Qonaqov sentyabrın 26-da keçirimiş referendumla bağlı sualları cavablandırıb.
- Rufiz müəllim, siz referendum prosesində aktiv iştirak etmisiniz. Referendum üzrə " Vətəndaş Cəmiyyəti Təşviqat Qrupunun səlahiyyətli nümayəndəsi olmuşunuz. Sizcə, ümumxalq səsverməsinə hazırlıq prosesi necə keçdi?
- Konstitusiyaya Prezident İlham Əliyevin təşəbbüsü ilə əlavə və dəyişikliklərin edilməsi ilə əlaqədar ölkə üzrə aparılan kampaniyada vətəndaş cəmiyyətinin təmsilçisi olaraq yaxından iştirak etmişik. Bakı şəhəri də daxil olmaqla, respublikanın bütün ərazilərində vətəndaşlarla görüşüb, konstitusiya islahatlarının əhəmiyyətini izah etmişik. Keçirdiyimiz görüşlər, müşahidələrimiz göstərir ki, Azərbaycan xalqı referendum bir mənalı şəkildə dəstəklədi. Səsvermə günü yüksək seçici fəallığı oldu. Həm Mərkəzi Seçki Komissiyasının, həm "Exit Poll keçirən təşkilatların, seçkiləri izləyən yerli və xarici müşahidəçilərin məlumatlarına əsaslanaraq səsvermənin şəffaf keçirildiyini söyləmək olar. Səsvermədə seçicilərin 70 faizinin iştirak etməsi, seçicilərin 90 faizdən çoxunun dəyişiklikləri dəstəkləməsi Prezidentin irəli sürdüyü təşəbbüsün Azərbaycan xalqının iradəsini əks etdirdiyini, xalqımızın demokratik inkişaf yolunda yeni və diqqətəlayiq addım atdığını göstərir. Biz seçicilərlə görüşdə konstitusiya islahatlarının əsas məğzini, dəyişiklik olunacaq detalları onların diqqətinə çatdıra bildik. Düşünürəm ki, referendum seçki kampaniyası zamanı bizim zəhmətimiz nəticəsiz qalmadı, məqsədimizə nail ola bildik. Aparılan geniş kampaniya nəticəsində əhali sentyabrın 26-da səsvermə məntəqələrinə gələrkən Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklərin mahiyyəti barədə artıq bilgili idi. İnsanlar bu dəyişikliklərin ölkəmizin gələcəyi üçün nə qədər əhəmiyyət kəsb etdiyini bilirdilər. Xalq həmin gün sosial - iqtisadi inkişafın davamlılığına, siyasi və inzibati sistemin təkmilləşməsinə, müstəqqilliyin, təhlükəsizliyin daha da möhkəmlənməsin əsas verdi.
- Referendumdan sonra ölkədə ciddi islahatların aparılacağı qeyd olunur. Sizcə bu islahatlar nədən ibarət olacaq?
Bu barədə hakimiyyət nümayəndələri açıq danışıblar və xalqa kifayət qədər dolğun məlumatlar veriblər. Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Cənab Əli Həsənovun qeyd etdiyi kimi, referendumdan sonar Azərbaycanda ciddi islahatlar gözlənilir və artıq bu proses başlayıb. Təsadüfi deyilki, Prezident İlham Əliyev 2016-cı ili ölkədə "İslahatlar ili" elan edib. Post-neft dövrünə hazırlaşan Azərbaycan operativ, çevik islahatlar həyata keçirməkdədir. Bu istiqamətdə bütün imkanlardan, həm inzibati, həm iqtisadi, həm də insane resurslarından istifadə olunur. Biz yaxın gələcəkdə ciddi islahatların və onun müsbət nəticələrinin şahidi olacağıq. Referendum siyasi sistem də və idarəetmə praktikasında əhəmiyyətli dəyişikliklər yaradacaq.
- Referenduma müxtəlif reaksiyalar oldu. Həm ölkə daxilində, həm də xaricdə ümumxalq səsverməsinə fərqli münasibətlər sərgiləndi. Sizcə, bu mövqelər nə dərəcədə ədalətli idi?
- Referenduma reaksiyalar əsas ən müsbət notlar üzərində köklənmişdi. Prezidentin təşəbbüsü ilə irəli sürülən, xalq tərəfindən dəstəklənən dəyişikliklər beynəlxalq təşkilatlar tərəfindən normal qarşılandı. 26 sentyabrda xalqımızın dövlət quruculuğu, demokratiya yolunda çox mühüm addım atdığını beynəlxaq qurumlar etiraf ediblər. ABŞ Dövlət Departamenti Azərbaycandakı referendumun təhükəsizlik sahəsində hər hansı incident olmadan keçdiyini və konstitusiya islahatlarının dövlətimizin daxili işi olduğunu bəyan edib. Yuxarıda qeyd etdiyim ki, xarici müşahidəçilərdə seçkilərin şəffaf və ədalətli keçdiyini bəyan edib.
Azərbaycandakı siyasi partiyalar da, əsasən referendum dəstəklərini ifadə ediblər. Referendum öncəsi siyasi partiyalara aksiyalar keçirməyə hər cür şərait yaradıldı. Amma göründüyü kimi, mitinqləri olduqca sönük keçdi. Çünki xalq konstitusiya dəyişikliklərinin vacibliyini anlayaraq islahat tərəfdarı olduğunu qətiləşdirmişdi. Hakimiyyət tərəfindən irəli sürülən istənilən təşəbbüsə etiraz etməyə alışıb. Bəzən etirazlar, müzakirələr konstitusiyaya edilən dəyişikliklər, mahiyyət üzrə deyil, tamam başqa problemlər üzrə aparılırdı. Əlbəttə, bütün bunlar təəssüf doğurur. Mən 26 sentyabrda keçirilən referendum Azərbaycanda demokratiyanın təntənəli qələbəsi hesab edirəm.