Braziliyanın Santa-Katarina ştatının Jardinopolis şəhərində həbsxanalardan birində məhbusların kütləvi qiyamı baş verib.
Unikal.org xəbər verir ki, onlar döşəkləri yandırıb, daha sonra 4 metr hündürlükdəki hasarları qıraraq qaçmağa başlayıblar.
Mühafizəçilər atəş açaraq qaçan məhkumları tutmağa çalışıblar. Onlardan bir neçəsi şosedə saxlanılıb, 1 məhbus isə qaçmaq istəyərkən ölüb.
Hazırda hadisə ilə bağlı araşdırma aparılır.