Vahid Milli Hərəkat Partiyası gürcü xalqını şantaj edir.

Unikal.org məlumat verir ki, bunu jurnalistlərə açıqlamasında Gürcüstanın eks-spikeri Nino Burcanadze söyləyib.

O, hakimiyyətə gələcəyi təqdirdə bir çox siyasətçini cəzalandıracağını bildirib:

"Vahid Milli Hərəkat Partiyası yaxşı bilir ki, Burcanadze hakimiyyətə gəlsə, onların yenidən hakimiyyətə qayıtmaq şansları olmayacaq. Böyük ehtimalla onlar heç siyasətdə də qalmayacaqlar. Mən ədaləti bərpa edib, cinayətkarları məsuliyyətə cəlb edəcəyəm. Onlarla birgə məsuliyyəti Gürcü Arzusu Partiyası da daşıyacaq".

Qeyd edək ki, Burcanadze rusiyameylli siyasəti ilə seçilir. O, Moskvanın Gürcüstandakı əsas müttəfiqi hesab edilir