Bu gün axşam saatlarında Salyan şəhərindəki "Vağzal" şadlıq evində keçirilən toyda oynamaq istəyən 52-yaşlı rayon sakini Vəliyev Bəhlul Sahib oğlunun halı pisləşib və o, xəstəxanaya aparılarkən yolda ürəktutmasından dünyasını dəyişib.
Unikal.org virtualaz.org-a istinadən bildirir ki,Babazanlı yaşayış massivində yaşayan Bəhlul Vəliyev ağır ürək xəstəsi imiş və əvvəllər 4-dəfə infakt keçiribmiş.