"Şadam ki, dünən Azərbaycan Milli Məclisi Avronestə qayıtmaqla bağlı məsələni nəzərdən keçirmək haqqında qərar qəbul etdi".

Unikal.org apa-ya istinadən məlumatına görə, bunu Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəhbəri Malena Mard deyib.

Diplomat bildirib ki, Azərbaycanda səfərdə olan Avropa parlamentariləri azərbaycanlı həmkarları ilə işləməkdə maraqlı olduqlarını açıq bildiriblər.

"Avropa İttifaqı Azərbaycanla əlaqələri gücləndirməkdə maraqlıdır. Ümid edirəm ki, yaxın vaxtlarda bu, qanunvericilik müstəvisində də əks olunacaq", - deyə xanım Mard qeyd edib.

Azərbaycan Milli Məclisinin dünənki iclasında Avropa Parlamenti ilə əlaqələrin bərpasına dair qərar qəbul edilib.

Malena Mard vurğulayıb ki, Avropa İttifaqı (Aİ) Dağlıq Qarabağ məsələsində müfəssəl sülh razılaşmasının əldə olunmasını istəyir. Xanım Mard qeyd edib ki, bu razılaşmaya insanlar arasında əlaqələr yaratmaq vasitəsi ilə nail olmaq mümkündür.

Aİ-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Malena Mard bildirib.Avropa İttifaqı ilə Azərbaycan arasındakı alt komitələr artıq öz fəaliyyətini bərpa edir.

O, oktyabr ayının ortalarında Azərbaycanla Aİ arasında ilk belə tədbirin keçiriləcəyini deyib.

"Həmin görüşdən sonra növbəti məsələlər haqqında danışmaq mümkündür. "Avropa Şəhərciyi layihəsində Avropa İttifaqında üzv ölkələr geniş tərkibdə iştirak edir. Bu, Avropa İttifaqının Azərbaycanla tərəfdaşlığı bilavasitə davam etdirmək niyyətində və qərarında olduğunu göstərir. Azərbaycanla güclü tərəfdaşlığımıza davam etməklə yanaşı, istər islahatların aparılması, istər təhsil sahəsində müvafiq mübadilə proqramlarının həyata keçirilməsi sahəsində münasibətlərimizi daha da möhkəmləndirmək istəyirik", - deyə xanım diplomat qeyd edib.