Türkiyə parlamenti İraqvə Suriyada Silahlı Qüvvələrdən istifadəyə dair mandatın müddətini daha 13 ay uzadıb.
Unikal.org -un APA-ya istinadən xəbərinə görə, icazənin uzadılması məsələsinə bu gün parlamentin payız sessiyasının birinci iclasında baxılıb.
Qeyd edək ki, Türkiyə parlamenti 2014-cü ilin oktyabrında ölkə hüdudlarından kənarda Silahlı Qüvvələrdən istifadə etməyə bir illik icazə verib. Ötən ilin oktyabrında mandatın müddəti daha bir il uzadılmışdı