Bakıdakı Katolik kilsəsində Roma papası Fransiskin iştirakı ilə dua mərasimi (messa) başlayıb.

Unikal.org-un APA-ya istinadən məlumatına görə, mərasimdə Azərbaycanda yaşayan xristian icmasının nümayəndələri iştirak edir.

Xatırladaq ki, Roma papasının Bakıya bir günlük səfər zamanı onun Azərbaycan prezidenti İlham Əliyev, hökumət, ictimaiyyət və diplomatik korpus nümayəndələri ilə görüşü gözlənilir. O, Şəhidlər Xiyabanına ziyarət edəcək. Heydər məscidindəQafqaz Müsəlmanları İdarəsi rəisi Allahşükür Paşazadə ilə görüşdən sonra şeyx və ölkənin digər dini icmalarının nümayəndələri ilə dinlər arası görüş keçirəcək.