Rusiya Suriyada Çeçenistanda istifadə etdiyi taktikadan yararlanır.
Unikal.org bildirir ki, bunu Ukrayna mətbuatına müsahibəsində rusiyalı analitik Pavel Felgenhauer söyləyib.
Onun sözlərinə görə, ruslar hələ də hesab edirlər ki, Hələbi ələ keçirsələr, Suriyada vətəndaş müharibəsinə son qoyacaqlar:
"Onlar Hələbdən sonra Suriyanın şimalında müxalifəti zəiflətməyə çalışacaqlar. Bundan sonra ordu cənuba yeridiləcək və müxalifət məhv ediləcək. Daha sonra isə ölkənin şərqində səhralıq ərazilərə nəzarət edən İŞİD-lə məşğul olmaq vaxtı çatacaq. Bununla Əsəd rejimi vətəndaş müharibəsində qalib gələcək. Burada isə Çeçenistanda olduğu kimi rusiyayönlü rejim hökmranlıq edəcək. Bu, Moskvanın fikridir. Əslində isə vətəndaş müharibəsi Hələbi tutmaqla bitməyəcək. İstənilən halda müqavimət davam edəcək.