Roma Papası Fransiskin Azərbaycana rəsmi səfəri başa çatıb.

Unikal.org bildirir ki, Müqəddəs Taxt-Tacın və Azərbaycanın bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Roma Papasının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Roma Papasını hava limanında Azərbaycan baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər yola salıblar.