Paytaxda olan bəzi yaşayış binalarının damında təhlükəsizlik məqsədilə ya məhəccər quraşdırılmayıb, ya da sökülərək aparılıb. Çəkiliş zamanı bu hala əsasən sovet vaxtı tikilən yaşayış binalarında rast gəldik.

Problem həm 5, həm də 9 mərtəbəli yaşayış binalarında yaşanır. Bu yaşayış binalarının damına çıxmaq üçün isə heç də əziyyət çəkmək lazım deyil. Çünki dama çıxış qapısı açıq vəziyyətdədir və istənilən uşaq rahatlıqla bura çıxa bilər.

Müşahidə zamanı bir neçə yaşayış binasının damında məhəccərin olmadığını şahidi olduq. Ancaq bəzi 9 mərtəbəli binalar var ki. Orada damın kənar hissələrinə təhlükəsizlik məqsədilə dəmir məhəcərlər quraşdırılıb. Bəzilərində isə kənar hissələr daşla hörülülüb.

Ekspertlər isə bildirir ki, sovet vaxtı binalardakı məhəccərlərə əsasən mənzil istismar sahələri nəzarət edirdi. Hazırda isə yaşayış binaları hansı qurumun təbeliyindədirsə o qurumda bu məsələyə nəzarət etməlidir.

Unikal.org "Xəzər Xəbər"ə istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.


Bəzi binaların damında məhəccər quraşdırılmayıb