Bakıda külli miqdarda dələduzluq hadisəsi qeydə alınıb

Unikal.org report-a istinadən bildirir ki, "Şəlalə" MTK-nın keçmiş sədri Sabir İsgəndərov hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, MTK-nın işçiləri Fərhad, Nizami və Rafiq adlı şəxslər 420 min manat pul mənimsəyiblər.
O, müraciətində qeyd edib ki, qeyd olunan şəxslər vergi ödəmələrindən yayınmaq üçün saxta hesabat və sənədlər tərtib ediblər.

Faktla bağlı araşdırma aparılır.