Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Fransa Milli Assambleyasının deputatı, Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan Fransua Manselin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Unikal.org Azərtac-a istinadən xəbər verir ki, Mehriban Əliyeva fransalı qonaqları ölkəmizdə görməkdən şad olduğunu bildirib. Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan Fransua Manselin ölkəmizə yeni dostlar gətirdiyindən məmnunluğunu ifadə edən Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Mehriban Əliyeva onların paytaxtımızla daha yaxından tanış olacaqlarına əminliyini bildirib.

Mehriban Əliyeva oktyabrda Fransanın Konyak şəhərində Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan şairəsi Məhsəti Gəncəvinin abidəsinin ucaldılacağını bildirib.


Mehriban Əliyeva fransalı deputatla görüşdü -  Foto
Mehriban Əliyeva fransalı deputatla görüşdü -  Foto