Suriyanın Hələb şəhərində xəstəxana bombalanıb.
Unikal.org "Anadolu agentliyinə istinadə xəbər verir ki, Rusiya qırıcıları müxalifətin nəzarətində olan ərazini bombalayıb. Nəticədə ərazidəki xəstəxana dağılıb. Hadisə nəticəsində 2-si həkim olmaqla 7 nəfər ölüb.
Rusiya qüvvələrinin bir həftə ərzində artıq xəstəxananı ikinci dəfə bombaladığı qeyd edilib.
Partlayış nəticəsində xəstəxananın qarşısında 5 metr dərinliyində çökəklik yaranıb.