İspaniya millisinin futbolçusu Niko Uilyams “Atletik” (Bilbao) ilə müqaviləsinin müddətini uzadıb.

"Unikal" klubun rəsmi saytına istinadən xəbər verir ki, 22 yaşlı vingerlə 2035-ci ilədək yeni sözləşmə imzalanıb.

Ulduz futbolçu 2021-ci ildən Bilbao təmsilçisində çıxış edir.

Niko Uilyams ölkəsinin “Barselona” və Almaniyanın “Bavariya” komandaları ilə danışıqlar aparsa da, həmin klublarla anlaşa bilməyib.