Rusiya Dövlət Dumasının deputatı Sergey Mironov Rusiya Baş prokuroruna məktub göndərərək Azərbaycan diasporunu və onlara bağlı strukturları, o cümlədən ən böyük Moskva bazarları olan “Sadovod” və “Food City” bazarlarını yoxlamaq xahişi ilə müraciət edib.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

"Xahiş edirəm ki, Rusiyanın bütün regionlarında Azərbaycan diasporu və onların tabeliyində olan strukturların fəaliyyəti, o cümlədən onlara məxsus müəssisə və təşkilatların, o cümlədən “Sadovod” (Moskva) və “Fud City” (Moskva) ticarət komplekslərinin fəaliyyəti ilə bağlı kompleks yoxlama aparılsın", - deputatın məktubunda deyilir.

Ağarza Elçinoğlu