Romada yanacaqdoldurma məntəqəsində partlayış olub. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 21 nəfər, o cümlədən bir neçə polis əməkdaşı və xilasedicilər yanıq xəsarətləri alıb.

***12:18

Romada yanacaqdoldurma məntəqəsində güclü partlayış baş verib.

"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. 

Hadisə nəticəsində bir neçə nəfər xəsarət alıb. 

Hadisə şahidləri partlayış anını videoya çəkiblər.