“Transneft”in vitse-prezidenti Andrey Bədəlov pəncərədən yıxılıb.

"Unikal" Rusiya KİV-ə istinadən xəbər verir ki, top-menecer yerindəcə dünyasını dəyişib. 

Bədəlovun meyiti bu gün səhər saatlarında Rublevskoye şossesində yaşadığı mənzilin pəncərəsinin altında tapılıb.  Ehtimal olunur ki, o, pəncərədən yıxılaraq dünyasını dəyişib.   Fakt araşdırılır. 

Bədəlov 2021-ci ildən bu vəzifədə idi, rəqəmsal transformasiya, informasiya texnologiyaları, istehsal və biznes fəaliyyətlərinin avtomatlaşdırılmasına nəzarət edirdi.

Gülayə Mecid