Bavariyada bir nəfər sürətli qatarda 4 sərnişini yaralayıb. Hadisə dünən Vyana istiqamətində hərəkət edən qatarda baş verib.

"Unikal" xəbər verir ki,  bu barədə "Bild" nəşri məlumat dərc edib. 

Bildirilir ki, polis hücumçunun "təhlükəli əşya" - baltadan istifadə etdiyini bildirib. Hücumdan sonra bir neçə sərnişin təcili əyləci çəkib - qatar yolun açıq hissəsində dayanıb.

Hadisə şahidləri polis gələnə qədər hücumçunu mühasirəyə alaraq onu zərərsizləşdiriblər. Şübhəlinin həbs zamanı yaralandığı və helikopterlə xəstəxanaya aparıldığı bildirilir.

Qatarda 500-ə yaxın adam olub. Hücumun motivləri barədə hələlik məlumat yoxdur.

Nəşr yazır ki, hücumu Suriya vətəndaşı həyata keçirib. Onun üzərindən çəkic və balta götürülüb. 

Gülayə Mecid