![](http://www.unikal.org/uploads/posts/2016-02/1456328187_ed6d91ec386f2d8339b0d63f26b0a81f.jpg)
Bakı-Sumqayıt yolunda yol-nəqliyyat hadisəsi baş verib.
Unikal.org-un məlumatına görə, hadisə Bakı-Sumqayıt yolunun Ceyranbatan ərazisindən keçən hissəsində qeydə alınıb.
BMW X5 markalı minik avtomobili sərnişin avtobusu ilə toqquşub.
Qəza nəticəsində BMW-nin sürücüsü, 1986-cı il təvəllüdlü Zöhrab Əliyev və avtobusun sürücüsü, 1985-ci il təvəllüdlü Seymur Babayev xəsarətlər alıblar. Onlar xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı yol polisi tərəfindən araşdırma aparılır.