"CIES Football Observatory" portalı aparıcı klubların hazırki heyətlərinə nə qədər pul xərclədiyini araşdırıb.
Unikal.org goal.az-a istinadən xəbər verir ki, ilk pillədə 718 milyon avro sərf edən "Manchester United" qərarlaşıb. Göstərilən məbləğ dünya futbolunda rekorddur. Ötən mövsümlə müqayisədə "qırmızı şeytanlar" 185 milyon avro bədxərclik ediblər. Üçlükdə "Real Madrid" (647 milyon) və "Manchester City" (611 milyon avro) də var. Qeyd edək ki, ötən mövsüm Premyer Liqa çempionu olan "Leicester City" həmin vaxt heyətinin dəyərinə görə İngiltərədə 17-ci idi.
Ən bahalı heyətə malik 10 klub:
1. Manşester Yunayted - 718
2. Real Madrid - 647
3. Mançester Siti - 611
4. Barselona - 485
5. Çelsi - 481
6. PSJ - 455
7. Yuventus - 395
8. Arsenal - 381
9. Bayer Münix - 357
10. Liverpul - 356 milyon avro