Bakı Baş Gömrük İdarəsi idxalına icazə verilməyən xeyli miqdarda dərman preparatının qanuna müvafiq qaydada zərərsizləşdirilməsini həyata keçirib.
Dövlət Gömrük Komitəsindən Unikal.org-a verilən məlumata görə, Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin mənfi rəyinə əsasən, idxalına icazə verilmədiyi üçün 1100 ədəd "Uqol aktivirovannıy, 5040 ədəd "Zelyonka, 102 ampul "Sıvorotka p/qanqrenoznaya, 50 ampul "Sıvorotka p/yada qadyuki, 607 flakon "Isotoran, 800 tyubik "Funqoferbin, 16 ədəd "Bioparoks, 529 ədəd "Abizol 15 mq, 320 ədəd "Abizol 5 mq, 3995 ədəd "Anzibel, 954 ədəd "Duxet, 974 ədəd "Etodin, 2076 ədəd "Lansobel, 950 ədəd "Prefix â„–10, 509 ədəd "Prefix 100 ml, 1000 ədəd "Sinazin â„–50, 508 ədəd "Sinazin â„–20, 2238 ədəd "Terfalin, 3000 ədəd "Tylol, 2850 ədəd "Tylolhot, 3162 ədəd "Ulfrox, 1000 ədəd "Lipideks və 2000 ədəd "Meqasef adlı dərman preparatları məhv edilib.
Bundan başqa kənd təsərrüfatında bitkiləri qorumaq üçün istifadə olunan 4520 kq "PYPİMETHANİZ 300 adlı preparat, 3970 kq "Cyromazon adlı kimyəvi maddə isə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin idxalına rəyi olmadığı üçün məhv edilib.
Adıçəkilən bütün dərman preparatlarının zərərsizləşdirilməsi Sumqayıt Ekologiya Poliqonunda həyata keçirilib.