Haitidəki "Metyu qasırğasının qurbanlarının sayı 841 nəfərə çatıb.
Unikal.org -un Reuters-ə istinadən məlumatına görə, ötən gün bu rəqəm 572 idi.
Qeyd edək ki, ABŞ-da qasırğaya görə 2000-ə yaxın reys təxirə salınıb. ABŞ prezidenti Barak Obama qasırğayla bağlı Florida və Cənubi Karolinada fövqəladə vəziyyət elan edib.