2011-ci ildə ailə quran məşhur Azərbaycanlı model Günay Musayeva və türk aktyoru Tolqa Karel keçən il evliliklərinə son qoydular.
Unikal.org-un türkiyə mətbuatına istinadən məlumatına görə, model və aktyor boşandıqdan sonra, oğlu Cahangirin himayədarlığını qazanan Günay aylıq 500 lirəlik (təxminən 250 manat) alimentin 5 min lirəyə (təxminən 2500 manat) qaldırılması üçün məhkəməyə müraciət edib.
G.Musayevanın vəkili deyib ki: "Lüks bir villada yaşayarkən övladına sadəcə 500 lirə aliment vermək ağılsızlıq, vicdansızlıqdır. Onun daşınmaz əmlaklarına həbs qoyulmalıdır"
Məhkəmə vəkilin iddiasını haqlı sayaraq Karelin Beylerbeyindəki bahalı mənzilinə həbs qoyub.


