Rusiya BMT TŞ-də Fransanın Suriyanın Hələb şəhərində atəşkəsin tətbiq olunması  ilə bağlı qətnaməsini bloklayıb. 

Unikal.org-un "RİA Novostiyə istinadən verdiyi xəbərə görə, TŞ-nin 11 üzvü sənədi dəstəkləyib, iki nəfər "əleyhinə, daha iki nəfər isə "bitərəf olub.

 BMT TŞ-nin beş üzvündən biri olan Rusiya veto hüququndan istifadə edərək qətnamə layihəsini bloklayıb.   

Fransanın təklif etdiyi qətnamə layihəsi bütün tərəflərin dərhal hava zərbələrinə son qoymağı və Hələb üzərindən hərbi təyyarələrin uçuşlarını dayandırmağı tələb edir. 

Sənəd, həmçinin, Suriyada atəşkəs rejiminin dərhal tətbiq edilməsini və humanitar yardımların təhlükəsiz çatdırılmasının təmin edilməsini, habelə, "Əl-Qaidə və İŞİD-lə əlaqəli şəxslərin maliyyələşdirilməsinin qarşısının alınmasını tələb edir.