Ötən gecə Rusiyada iki polis güllələnərək öldürülüb.

Unikal.org-un "RİA Novostiyə istinadən verdiyi məlumata görə, hadisə Kabardin-Balkarın Proxladnensk rayonunda baş verib.

Naməlum şəxs polis dəstəsinə atəş açıb və nəticədə 2 polis əməkdaşı həyatını itirib. Hazırda hadisənin təfərrüatları araşdırılır və cinayətkarın yaxalanması istiqamətində tədbirlər görülür.