ABŞ-ın Qərbi Asiyaya müdaxilə etməyə haqqı yoxdur.
Unikal.org Axar.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İran İslam İnqilabı Keşikçiləri Korpusunun Dəniz Qüvvələri komandanı Əli Fədəvi söyləyib. Onun sözlərinə görə, Fars körfəzindəki sabitlik İranın gücündən qaynaqlanır:
"İran bu sabitliyə zərər verəcək hər addıma qarşıdır və təhlükəsizliyi qorumaq üçün hər zaman lazımı addımları atmağa hazırdır. Dünyadakı hər kəs bu təhlükəsizlikdən yararlanır. Hörmüz boğazı və Fars körfəzindəki təhlükəsizliyin təminatı bizim vəzifəmizdir. Amerika bütün pisliklərin mərkəzidir və onların Fars körfəzində iki məqsədi var. Birincisi onlar mənfəətlərini qorumaq istəyirlər, ikincisi isə Amerika İslam İnqilabı ilə düşmənlik edir.