Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə ABŞ dövlət katibi Con Kerri arasında telefon danışığı olub.
Unikal.org bildirir ki, bu barədə "Anadolu" agentliyi xəbər yayıb.
Agentliyin diplomatik mənbələrə istinadən verdiyi məlumata görə, telefon danışığı ABŞ tərəfinin təşəbbüsü ilə baş tutub. İki ölkənin rəsmiləri danışıqların gedişatında Suriya böhranının siyasi qərarının ən sürətli həlli yolları üzərində fikir mübadiləsi aparıblar.
Çavuşoğlu və Kerri həmçinin Suriya məsələsi üzrə görüşlərin qarşıdakı dövrdə planlaşdırılmış qrafikini də müzakirə ediblər.
Qeyd edək ki, Türkiyə xarici işlər naziri Banqkokda Asiyada əməkdaşlıq üzrə Dialoq Sammitində iştirak edir.