Macarıstanda ən böyük müxalifət qəzetlərindən olan "Nepszabadsag" ("Xalq azadlığı") fəaliyyətini dayandırıb.

Unikal.org "Deutsche Welle"yə istinadən xəbər verir ki, bu barədə şənbə günü qəzet əməkdaşları məlumat yayıblar.
Onlar bunun iqtisadi səbəblərlə bağlı olduğunu bildiriblər.

Qəzet sahibinin nümayəndəsi qərarın "yeni formul və konsepsiyanın reallaşdırılmasınadək" qüvvədə qalacağını qeyd edib.