"Metyu" qasırğası nəticəsində ABŞ-da həyatını itirənlərin sayı 14 nəfərə çatıb.
Unikal.org APA-ya istinadən verdiyi məlumata görə, dünən Corciya ştatında 3 nəfər, Florida ştatında 4 nəfər, Şimali Karolina ştatında 3 nəfərin qasırğa qurbanı olduğu açıqlanıb.
Bu gün isə şənbə günü Florida ştatında 2 nəfər, Corciya ştatında 1 nəfər, o cümlədən Şimali Karolina ştatında 1 nəfərin də qasırğa nəticəsində öldükləri bildirilib. Hər 3 ştatda fövqəladə vəziyyət rejimi elan edilib.
Qeyd edək ki, "Metyu" qasırğası Haitidə 877 nəfərin ölümünə səbəb olub. Eyni zamanda "Metyu" qasırğası 2007-ci ildən ABŞ-ı vuran ən güclü qasırğadır. Hazırda qasırğa ABŞ-ın cənub-şərq sahilləri yaxınlığından keçir.