Yeni Zelandiya sahillərində 5.5 bal gücündə zəlzələ baş verib.
Unikal.org-un "TASS"-a istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Opotika şəhərindən 173 kilometr şimal-şərqdə yerləşib.
Zəlzələnin ocağı 10 kilometr dərinlikdə olub.
Dağıntı və zərərçəkənlər barədə məlumat yoxdur. Sunami təhlükəsi elan edilməyib.