Türkiyənin Hakkari bölgəsinin Çukurca rayonunda keçirilmiş antiterror əməliyyatları zamanı 39 terrorçu zərərsizləşdirilib.

Unikal.org xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.Məlumata görə, antiterror əməliyyatlarından birində 8 terrorçu məhv edilib. Çilekli Təpədəki mağaralardan birində isə daha 3 terrorçunun cəsədi tapılıb.

Bununla yanaşı, Zengil Tepe və Gerki Tepe bölgələrində silah-sursat ələ keçirilib.Əməliyyatlarda ümumilikdə xeyli sayda silah-sursatın, partlayıcı maddənin ələ keçirildiyi bildirilir.

Qeyd edək ki, havadan dəstək verilən əməliyyat hazırda davam edir.