Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, qəza nəticəsində 4-ü ağır olmaqla 33 nəfər yaralanıb.
Nyu-Yorkun Manhattan bölgəsindən yola düşən sərnişin qatarı paralel yolda hərəkət edən təmir qatarı ilə toqquşub. Hadisəyə təmir qatarında olan avadanlıqlardan birinin həddən artıq kənara çıxması olub.
Qəzadan sonra hər iki yolda hərəkət dayanıb. Qəzanın nəticələrinin aradan qaldırılmasına məsul orqanlar hadisə yerində xilasetmə işləri aparırlar.