Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasında görüş olub.

Unikal.org  "Anadolu"ya istinadən xəbər verir ki, İstanbulun Tarabya Köşkündə işgüzar şam yeməyi çərçivəsində baş tutan görüş təxminən 1 saat 15 dəqiqə davam edib.

Mətbuat nümayəndələri üçün qapalı keçən görüş zamanı Azərbaycan və Türkiyə prezidentləri ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi, enerji, nəqliyyat və digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə etdilər. 

Dövlət başçıları əlaqələrimizin bütün sahələrdə bundan sonra da genişlənəcəyinə əminliklərini bildirdilər.Söhbət zamanı münasibətlərimizin perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.
Sonra dövlət başçıları birgə şam etdilər.
Azərbaycan prezidenti İlham Əliyev XXIII Dünya Enerji Konqresində iştirak etmək üçün bu ölkədə səfərdədir.