Britaniyalı milyarder Riçard Karinqin arvadından ayrılması dünyanın ən bahalı boşanması adlandırılıb.
Unikal.org xarici mediaya istinadən xəbər verir ki, milyarderin gizli hissləri ona varidatının yarısı hesabına başa gəlib. Onun 67 yaşlı arvadı Ceka Sted ərinin braziliyalı 35 yaşlı gözəl Patrisiya Mondinni ilə sevgi romanı yaşaması səbəbindən ondan 350 milyon funt alıb. Ərlə-arvad 45 il birgə yaşayıblar. Ceka iki oğul dünyaya gətirib. Ərinin cavan sevgilisindən xəbər tutanda Sted boşanmaq üçün müraciət edib.
Mənəvi kompensasiya kimi iri məbləğ tələb edərək İngiltərədə ən bahalı boşanmanın qalibi olub. Riçard Karinq isə bunca xərcə düşməsinə qətiyyən heyfsilənməyib. Birincisi, onun varidatə milyard funt dəyərləndirilir. İkincisi, karlı milyarder özü mediaya açıqlamasında deyib ki, o, yeni sevgilisinin yanında olması müqabilində istənilən məbləği ödəməyə hazır olub.
Karinq onu da bəyan edib ki, nəhayət, öz həyatının sevgisini tapıb və ömrünün qalan hissəsini məhz onunla keçirmək istəyir. Bir sözlə, onun qalan ömrü kifayət qədər dəbdəbəli keçəcək.
Ona görə ki, milyarder sevincindən Londonun prestijli Sent-Cos-Vud rayonunda villa alıb. Dəyəri 32 milyon funtdur.
Digər Xəbərlər
2025-02-24 23:52:15

2025-02-24 23:48:10

2025-02-24 23:31:19

2025-02-24 23:26:54

2025-02-24 22:58:23

2025-02-24 22:44:23

2025-02-24 22:24:50

2025-02-24 20:33:01

2025-02-24 18:59:20

2025-02-24 18:33:10

2025-02-24 17:59:23

2025-02-24 17:01:16

2025-02-24 16:52:39

2025-02-24 16:48:18

2025-02-24 15:45:00

2025-02-24 15:28:16

2025-02-24 15:19:00

2025-02-24 14:51:00

2025-02-24 14:34:49
