Ermənistanın yeni müdafiə naziri sələfinin təxrbatçı əməllərini davam etdirəmkdə israrlıdır. Son günlər cəbhədə artan erməni təxribatları bunu deməyə əsas verir. Ermənistan tərəfi Azərbaycanın işğal olunmul ərazilərində təlimlərini davam etdirir. Bir neçə gün bundan əvvəl cəbhədə düşmənin açdığı atəş nəticəsində Azərbaycan əsgəri şəhid oldu.

aprel döyüşləri ile ilgili görsel sonucu

Yaranmış vəziyyətlə bağlı Milli Məclisin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə münasibətini açıqlayıb.

aydın mirzəzadə ile ilgili görsel sonucuO, Unikal.org-a bildirib ki, mövcud durum Ermənistanın Azərbaycandan yeni bir sarsıdıcı zərbə almaq arzusunda olduğunu göstərir:

"Bu ilin aprel ayına qədər onlar işğal etdikləri Azərbaycan torpaqlarında hərbi təlimlər keçirdilər. Edilən xəbərdarlığa baxmayaraq düşmən bundan nəticə çıxartmadı. Amma 4 günlük aprel döyüşləri göstərdi ki, Ermənistan Azərbaycan Silahlı Qüvvələri tərəfindən çox sarsıdıcı zərbə aldı. Təssüflər olsun ki, düşmən aprel döyüşlərindən də nəticə çıxarmayıb. Görünür, ermənilər bu sarıdıcı zərbənin təkrarlanmasını istəyirlər. Hesab edirəm ki, Azərbaycanın Ermənistana birdəfəlik dərs verməyinin vaxtı gəlib çatıb.

Amid Əyyuboğlu