Türkiyənin məşhur aktyor və müğənnisi olan Mahsum Kırmızıgüllə həyat yoldaşı Ece Binay ötən axşam birlikdə yemək yedikləri məkandan çıxarkən görüntüləniblər.
Unikal.org türk mətbuatına istinadən xəbər verir ki, Mahsun Kırmızıgül avtomobilə doğru gedərkən bir tərəfdən sualları cavablandıraraq "Sadəcə baş-başa yemək yedik, xüsusi bir gün deyil" deyib.
May ayında kiçik qızları dünyaya gələn Lavinin isə harada olduğu sualına belə cavab verib: "Lavin çox yaxşıdır. Gec olduğu üçün yanımızda gətirməmişik, evdə yatır".
Mahsun Kırmızıgül, Kappadokiyanın çəkdiyi "Vezir Parmağındaki" rolu üçün saxladığı gur və uzun bığı ilə də diqqət çəkib.