Moskvada Vuçetitsa küçəsində 24 yaşlı azərbaycanlı qızın meyiti tapılıb.
Onun Moskva Dövlət Universitetinin tibb-stomatologiya fakültəsinin tələbəsi olduğu bilinsə də, kimliyi açıqlanmır.
Hüquq-mühafizə orqanlarından verilən məlumatda tələbə qızın şəhərdə yataqxanalardan birində qaldığı bildirilir. Meyitin üzərində zorakılıq əlamətləri aşkarlanmayıb. İlkin məlumata görə, qız kəskin ürək-damar çatışmazlığı nəticəsində ölüb.
Faktla bağlı araşdırma aparılır və meyit tibbi ekspertizaya göndərilib.