Azərbaycan Xarici İşlər Nazirliyi daha iki xarici vətəndaşın adının "qara siyahıdan çıxarılması barədə xəbər yayıb.
Bunlar Timur Temirov və Soso Pavliaşvilidir. Bir müddət əvvəl KİV-də Soso Pavliaşvilinin Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə qeyri-qanuni səfəri və Timur Temirovun isə işğal olunmuş ərazilərimizdə yaradılmış qondarma rejimin təşviqi ilə məşğul olması barədə xəbərlər yayılıb. Bundan sonra, onların adı arzuolunmaz şəxslər siyahısına daxil edilib.
Məsələ
ilə bağlı Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı Unikal.org-a
açıqlamasında bildirib ki, bu məsələdə Azərbaycan
tərəfi yumşaq mövqe tutmamalıdır: "Doğurdan
da Timur Temirov işğal olunmuş ərazilərimizdə yaradılmış
qondarma rejimin təşviqi ilə məşğul olubsa onun adının siyahıdan çıxarılması
düzgün deyil. Bu məsələdə XİN və Elmar Məmmədyarov ciddi yanlışlığa yol verir.
Bəzi hallarda adı XİN-nin "qara siyahısında olan xarici deputatlar, siyasətçilər
əsas gətirirlər ki, onları ermənilər aldadıb. Bu şəxslərin adının həmin siyadan
çıxarılması normaldır. Ancaq Timur
Temirova belə bir jestin olunmasını düzgün hesab etmirəm.