Manisanın Gördes qəsəbəsindən Balıqlı istiqamətinə 2 kilometr məsafədə yerləşən Çambeyli kəndinə, artıq 20 ildir ki işıq xətləri çəkilmir. 21-ci əsrdə yaşamağımıza baxmayarq bu kəndin əhalisi elektrik işığına həsrət qalıb, şam işığında yaşayırlar.

Unikal.org türkiyə mətbuatına istinadən xəbər verir ki, Çambeyli kəndinin  əhalisi illərlə aidiyyatı qurumlara müraciət etsələr də artıq 20 ildi ki, heç bir nəticə görmürlər və işıqsız çox çətin bir vəziyyətdə yaşayırlar. Demək olar ki, bütün  evlərdə elektriklə işləyə biləcək heç bir avadanlıqları yoxdur. 

Kənd əhalisi 950 baş irili-xırdalı  mal-qara ilə gündəlik 5 ton süd istehsal etməklə heyvandarlığın inkişafıyla məşquldular.