Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, görüşdən sonra Elmar Məmmədyarov və Didye Burkhalter "Azərbaycan Respublikası Hökuməti ilə İsveçrə Federal Şurası arasında vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsi haqqında və "Azərbaycan Respublikası Hökuməti ilə İsveçrə Federal Şurası arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında sazişlər imzalayıblar.
Sazişlər ratifikasiya edildikdən sonra iki ölkə arasında diplomatik və xidməti pasporta malik şəxslərin vizasız gediş-gəlişi təmin ediləcək və həmçinin digər kateqoriyadan olan şəxslərin viza almaları asanlaşacaq.