Unikal.org "TASS"-a istinadən xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin İstanbulda keçirilən 23-cü Dünya Enerji Konqresindən sonra Beşiktaşdakı Yıldız Sarayı Mabeyn Köşkündə bir araya gəliblər. Qapalı keçirilmiş görüş iki saata yaxın çəkib. Tərəflər arasında əvvəlcə geniş tərkibdə görüş olub. Daha sonra liderlər arasında təkbətək görüş gerçəkləşib.
Görüşdə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Hülusi Akar da iştirak edib.