Nikah mərasimi Çinin Cintsyan-Uyğur muxtar rayonunun Kaşqar dairəsində keçirilib.
Unikal.org-un modern.az-a istinadən verdiyi məlumatda qeyd edilir ki, kişi sevgilisinin ona ərə gəlməsinə bir il müddətində nail olub.
Onun sözlərinə görə, onlar qocalar evində tanış olublar. Kişi deyib ki, hər şeydən əvvəl gələcək arvadına yemək bişirə bilməsi qabiliyyətinə görə vurulub.Sonradan başa düşüb ki, xoşuna gələn qadın çox yaxşı insandır.Qadın bir neçə dəfə kişiyə ərə getməkdən imtina edib. Ancaq 71 yaşlı bu kişi ona nəvaziş göstərməkdən əl çəkməyib. Nəticədə o, toya razılıq verib və beləliklə, əlaqələrini rəsmiləşdiriblər.