Unikal.org "reuters.com-a istinadən xəbər verir ki, hazırda Almaniyada dizel, benzin və mayeləşdirilmiş neft qazı (LPG) kimi fərqli yanacaq növlərinin istifadəsinə icazə verilsə də, 2030-cu ilə qədər mərhələli şəkildə bu yanacaq növlərinin istehlakı azaldılacaq. 2030-cu ildən sonra isə təkcə hidrogen və elektrik enerjisi ilə işləyən nəqliyyat vasitələrinin istifadəsinə icazə veriləcək.
Qeyd edək ki, Norveçdə isə 2025-ci ildən etibarən neft məhsulları ilə işləyən avtomobillərdən istifadəyə icazə verilməyəcək.