Unikal.org-un RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib: "Türkiyə-Rusiya münasibətləri baxımından bu gün biz çox səmərəli işlər gördük, sazişlər imzaladıq. Əminəm ki, Rusiya ilə münasibətlərin normallaşması prosesi tam sürətlə davam edəcək", deyə Ərdoğan bildirib.
Rusiya prezidenti Vladimir Putin isə "Türk axını" təbii qaz boru xətti layihəsi çərçivəsində Türkiyəyə "mavi yanacağın" qiymətində endirim edilməsində razılıq əldə olunduğunu söyləyib: "Türk axını" layihəsi və əməkdaşlığın genişləndirilməsi çərçivəsində biz həmçinin qaz qiymətlərində güzəştlər təmin etmək barədə razılığa gəldik. Türkiyə üçün qaz endirimi ilə bağlı tərəfimdən "Qazprom şirkətinə müvafiq tapşırıqlar verilib`.