Unikal.org-un türkiyə mətbuatına istinadən məlumatına görə, Türkiyəli tanınmış aparıcı Burcu Esmersoy televiziyadan başqa xüsusi tədbirlərdə də aparıcılıq edir. Onun 2 saatlıq aparıcılıq etdiyi özəl məclis və tədbirlərdən 23 min dollar (təxminən 70 min lirə) qazandığı bəlli olub.
Ötən illər ərzində ölkənin ən çox vergi ödəyənləri sırasına girən 41 yaşlı Burcunun bu il də o siyahıda yer alacağı istisna edilmir.